Haker qrupu: İsrailin Müharibə Nazirliyi həkləndi

Haker qrupu: İsrailin Müharibə Nazirliyi həkləndi

Haker qrupu İsrail rejiminin Müharibə Nazirliyinin saytını həklədiyini açıqlayıb.

Cümə axşamı haker qrupu sənədlər və məlumatları dərc etməklə İsrailin Hərbi Nazirliyinin sistemlərinə sızdığını açıqlayıb.

Özünü “Nethunter” kimi təqdim edən bu haker qrupu t.me/Nethunt3r ünvanlı Telegram kanalında İsrail Hərbi Nazirliyinin infrastrukturuna giriş əldə etməyə müvəffəq olduğunu açıqlayıb.

Bu qrup öz iddiasını sübut etmək üçün sionist hərbi nazirliyin daxili sistem və şəbəkələrinə sızma videosunu da yayıb.

Həmçinin, bu nazirliyin məxfi sənədlərini, o cümlədən döyüş alətlərinin, silahların və hərbi texnikanın hissələrinin istehsalı ilə bağlı bəzi planları, hətta “Dəmir günbəz” müdafiə sistemi ilə bağlı sənədləri əldə etdiyini deyib.

Bu nazirliklə əməkdaşlıq edən yerli və xarici şirkətlərin sənədlərinə giriş də bu qrupun açıqlanan məlumatlarının bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + seventeen =