Fransa ermənilərə görə İsrailə XƏBƏRDARLIQ ETDİ
Fransanın Qüdsdəki Baş Konsulluğu Qüdsün Erməni məhəlləsində baş verən hadisələri şərh edərək İsrail hakimiyyətini şəhərdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.
Musavat.com xəbər verir ki, Baş Konsulluğun “X” sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir:
“Fransa Qüdsün Erməni məhəlləsində dünən baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini Qüdsdəki status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”.
Qeyd edək ki, ermənilər Qüdsdəki Koveru Partez (İnək bağı) ərazisində İsrail qanuni hakimiyyətinə qarşı tabesizlik göstərib, barrikadalar qurublar. Aprelin 3-də israillilər polisin dəstəyi ilə ərazidə qurulan barrikadaları aradan qaldırıblar. Bu zaman ermənilər polisə qarşı müqavimət göstərməyə, zorakılıq tətbiq etməyə cəhd göstərib və layiqli cəzalarını alıblar.