Qəzzada şəhidlərin sayı yenidən artıb
Qəzzanın Səhiyyə Nazirliyi İsrailin son 24 saat ərzində Qəzza zolağında yeni cinayətlər törətdiyini və fələstinli şəhidlərin sayının yenidən artdığını açıqlayıb.
Qəzzanın Səhiyyə Nazirliyi bu gün günorta (cümə) verdiyi açıqlamada fələstinli şəhidlərin sayının artdığını açıqlayıb.
Nazirlik, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında onlarla fələstinlinin şəhid olması ilə nəticələnən 5 yeni kütləvi qətl törətdiyini və bunlardan 54 şəhid və 82 yaralının Qəzza xəstəxanalarına köçürüldüyünü bildirib.
Qəzzanın Səhiyyə Nazirliyi Qəzzada şəhidlərin ümumi sayının 33 min 91 nəfərə, yaralı sayının isə 75 min 750 nəfərə çatdığını deyib.
Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrail ordusunun hücumlarından sonra Qəzzadakı xəstəxanaların dağıntılara çevrildiyini və bu bölgədə humanitar xidmət göstərən insanların müharibədə həlak olduğunu açıqlayıb.
Bu komitə həmçinin, Qəzza zolağında səhiyyə sisteminin çökməsi barədə xəbərdarlıq edib və bu əraziyə tibbi yardımın daxil olmasına çağırıb.
İsrail rejimi ordusu Qəzza zolağında tibb müəssisələri, təhsil müəssisələri və ibadət yerləri də daxil olmaqla bir çox obyekti dağıdıb.
Qəzza əhalisi İsrail qüvvələrinin mühasirəsindədir və dərman və qidaya ciddi ehtiyac duyur.
İsrail ordusu humanitar yardım daşıyan yük maşınlarının Qəzzaya girməsinə çətinliklə icazə verir və bu yük maşınları yalnız ciddi yoxlamalardan sonra Qəzzaya daxil olur.