Paşinyan: İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır
![Paşinyan: İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır](https://sizinyol.org/wp-content/uploads/2024/04/4c6c1e2c37dfc52h7y9_800C450.jpg)
Ermənistanın baş naziri bəyan edib ki, əvvəlki razılaşmalara görə, İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır.
Nikol Paşinyan Delfin Pronkun rəhbərlik etdiyi Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin üzvlərini qəbulu zamanı deyib: “Praqa, Brüssel və Qranadada keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi vacibdir”.
O həmçinin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində rolu vurğulanıb.