İsmayıl Həniyyənin 3 övladı və 3 nəvəsi Qəzzada sionist rejim tərəfindən

şəhid edilib
Sionist rejim HƏMAS-ın siyasi ofisinin rəhbərinin uşaqları və nəvələrinin olduğu avtomobili hədəfə alıb və bu cinayət nəticəsində İsmayıl Həniyyə ailəsindən 6 nəfər şəhid olub.
Mehr Xəbər Agentliyinin Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin üç övladı və üç nəvəsi sionist işğalçı qüvvələrin Əş-Şati düşərgəsinə bugünkü hücumunda şəhid olublar.
Sionist rejim bu düşərgəyə hava hücumunda Həniyyənin uşaqları və nəvələrinin olduğu maşını hədəfə alıb.
Şəhidlərin adları belədir:
Hazim İsmayıl Həniyyə və qızı Amal.
Əmir İsmayıl Həniyyə və oğlu Xalid və qızı Rozan.
Məhəmməd İsmayıl Həniyyə.