Hizbullah Həniyyənin övlad və nəvələrinin şəhid olması ilə bağlı başsağlığı verib

Hizbullah Həniyyənin övlad və nəvələrinin şəhid olması ilə bağlı başsağlığı verib

Livan Hizbullahının baş katibinin müavini Nəim Qasim HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə ilə telefon danışığında onun üç övladı və nəvələrinin şəhid olması ilə bağlı başsağlığı verib.

İRNA-nın Livanın Əhd xəbər saytına istinadən verdiyi məlumata görə, Qasim həmçinin, bu itki ilə əlaqədar Həniyyə ailəsinə, müqavimət hərəkatının liderlərinə, Qəzza xalqına və Fələstin xalqına başsağlığı verib.

Livan Hizbullahının baş katibinin müavini Uca Allahdan bu fədakarlıqların bəhrəsinin Qəzza xalqının, müqavimət qüvvələrinin və bütün Fələstin xalqının və İslam ümmətinin qələbəsi olmasını diləyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani və Mahmud Abbas Həniyyənin bir neçə övladı və nəvəsinin şəhadəti ilə bağlı başsağlığı verib.

KİV-in məlumatına görə, onlar Qəzzanın Əş-Şati bölgəsində sionist rejimin onların avtomobillərinə hücumu nəticəsində şəhid olublar.

HƏMAS-ın siyasi bürosunun rəhbəri övladları və nəvələrinin sionist rejimin hücumunda şəhadət xəbərini təsdiqləyərək deyib: Biz bu ağrı-acı və qanla xalqımız üçün ümid, gələcək və azadlıq yaradırıq.”

Həniyyə həmçinin deyib: Ailəmin təxminən 60 üzvü bütün Fələstin xalqı kimi şəhid olub və onların arasında heç bir fərq yoxdur.

O, qeyd edib: İşğalçılar liderlərin övladlarını hədəfə almaqla xalqımızın əzmini qıracaqlarına inanırlar, lakin biz işğalçılara deyirik ki, bu qan bizi öz prinsiplərimizdə və torpağımıza bağlılığımızda daha möhkəm edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 5 =