ABŞ-a səfər edən əcnəbiləri izləməyə imkan verən qanunun müddəti uzadılıb
ABŞ-yə səfər edən əcnəbilər daha bir müddət elektron vasitələrin köməyilə izlənilə biləcək.
“CBS News”-un xəbərinə görə, 2008-ci ildən qüvvədə olan qanun layihəsinin müddəti növbəti dəfə qeyri-müəyyən vaxtadək uzadılıb.
Nümayəndələr Palatasında müzakirəyə çıxarılan qərar 273 səslə qəbul edilib. 147 nəfər isə onun əleyhinə çıxıb.
Bəzi respublikaçıların qərara qarşı sərgilədiyi mövqe onun əcnəbilərin hüquqlarını pozması ilə əsaslandırılır.
Belə ki, sənəd hətta ABŞ ərazisinə gələn əcnəbilərin də telefon danışıqlarını dinləməyə imkan verəcək.