Qəzzada şəhidlərin sayı 33 min 899 nəfərə çatıb

Qəzzada şəhidlərin sayı 33 min 899 nəfərə çatıb

Qəzzanın Səhiyyə Nazirliyi Qəzza müharibəsi qurbanlarının son statistikasını açıqlayıb və sionist rejimin son 24 saatda 100-dən çox insanı qətlə yetirməsinə və yaralanmasına işarə edib.

Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin son 24 saat ərzində 6 yeni cinayət törətdiyini və bu cinayətlərdə 56 nəfərin şəhid olduğunu, 89 nəfərin isə yaralandığını açıqlayıb.

Bu hesabata görə, oktyabrın 7-dən bu yana Qəzzada şəhidlərin sayı 33 min 899, yaralıların sayı isə 76 min 664-ə çatıb.

Fələstin Səhiyyə Nazirliyi bu gün bütün məsul tərəflərdən xərçəng xəstələri və digər xroniki xəstəliklər və yaralıların müalicə üçün Qəzza zolağından çıxmasına icazə vermələrini istəyib.

Nazirlik izah edib ki, bu xəstələr və yaralılar 16-65 yaş arasındadır və hər gün onlardan bir neçəsi ölür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 12 =