MKİ rəhbəri: İsrail İrana cavab üzərində düşünür

MKİ rəhbəri: İsrail İrana cavab üzərində düşünür

İsrail İranın hücumuna mümkün cavab variantını nəzərdən keçirməkdə davam edir, lakin ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa ümid edir.

Bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“İsrail hökuməti şənbə gecəsi baş verənlərə cavab verməyi düşünür. Bilirsiniz ki, bu cavabı vermək onların seçimidir”, – o deyib.

Berns qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden və siyasətçilərin hamısı bu vəziyyəti azaltmaq üçün bir yolun tapılacağına ümid edirlər.

“İranlılar 330-a yaxın pilotsuz təyyarə və raket atıblar, bunlardan yalnız dörd və ya beşi faktiki olaraq İsraili vurub və onların heç biri ciddi ziyan vurmayıb”, – MKİ rəhbəri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =