Tələblərimizdən geri çəkilməyəcəyik

Tələblərimizdən geri çəkilməyəcəyik

Həmas müqavimətin atəşkəslə bağlı fundamental tələblərindən heç vaxt geri çəkilməyəcəyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin xəbərinə görə, Həmas ABŞ dövlət katibinin son çıxışına reaksiya olaraq yaydığı bəyanatda deyilir: Antoni Blinkenin açıqlamalarını və onun razılığa gəlməməsi ilə bağlı Həmas hərəkatını məsuliyyətə cəlb etmək cəhdini qınayırıq.

Bəyanatda həmçinin deyilir: Blinkenin açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur və Həmas dəfələrlə razılığın əldə edilməsinə çalışıb və bu zəmində edilən iddialar əsassızdır.

Həmas bu bəyanatda daimi atəşkəs, işğalçı rejim hərbçilərinin Qəzzədən geri çəkilməsi və köçkünlərin öz evlərinə qayıtması kimi tələblərinin qüvvədə olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =