Hizbullah: İranın cavabından sonra gələcək dəyişəcək

Hizbullah: İranın cavabından sonra gələcək dəyişəcək

  Livan Hizbullahının icra şurasının rəhbəri Seyid “Haşim Səfiəddin” “Əqsa tufanı” və İranın cəza reaksiyasından sonra [bölgənin] gələcəyinin dəyişəcəyini qeyd edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Əl-Bəqa bölgəsində Qüds yolunun iki şəhidinin anım mərasimində çıxış edən Səfiəddin deyib: Sionist düşmən İranın cavabından çox təsirlənib. Amma heç kim Amerikanın  İrana sərt cavab verməməsi üçün İsrailə təzyiq göstərdiyini demir. Çünki bu cavabın nəticələri onları istəmədikləri mövqeyə sürükləyə bilər.

Hizbullah rəsmisi daha sonra deyib: İsrail və Amerika İslam Respublikasına güclü cavabın aqibətini bilsəydilər, onlar Tehranın İsrailə hücumuna cavab verərdilər. ABŞ və Avropa İsrailin İran konsulluğuna hücumunu dəstəklədi. Çünki İran müqavimətə dəstəkdir.

Səfiəddin söhbətinin sonunda vurğulayıb: Düşmən getdikcə gücsüz olduğunu hiss edir, mühacirlərin Fələstinin işğal altında olan şimalına qayıtmasının qeyri-mümkünlüyünügörür. Biz də elə bunu istəyirdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =