Parisdə nümayiş zamanı 57 polis yaralandı
Fransanın paytaxtı Parisdə 1 May nümayişində toqquşma zamanı 57 polis əməkdaşı yaralanıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Qeyd olunub ki, nümayişdən sonra 35 nəfər saxlanılıb.
Bildirilib ki, nümayiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının 281 nəfəri saxladığı bir il əvvəllə müqayisədə daha sakit keçib.
Hər il Fransada Beynəlxalq İşçilər Günü münasibətilə nümayişlər keçirilir. Belə ki, bu il bütün ölkə üzrə 340 aksiya qeydə alınıb ki, orada 121 min nəfər iştirak edib.