Ərdoğan və HƏMAS lideri arasında telefon danışığı baş tutub

Ərdoğan və HƏMAS lideri arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə hərəkatın Qəzzada atəşkəsə razılıq verməsindən sonra telefon danışığı aparıb.

Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, – Ərdoğan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 12 =