İşğalçı İsrail hücum elan edir – HƏMAS danışıqları dayandırır
HƏMAS Qəzza zolağının cənubundakı Rəfah şəhərinin boşaldılması qərarına cavab olaraq işğalçı İsraillə danışıqları dayandırmağı düşünür.
Bu barədə “Sinxua” rəsmi mənbəyə istinadən məlumat yayıb.
“HƏMAS şərqi Rəfahın boşaldılması qərarına cavab olaraq işğalçı İsraillə danışıqları dayandırmağı düşünür”, – mənbə bildirib.
Qeyd edək ki, işğalçı İsrail Qəzzanın cənubundakı Rəfahda planlaşdırılan quru əməliyyatından əvvəl şəhərin şərq hissəsinin sakinlərini humanitar zonalara təxliyə olunmağa çağırıb.