Bayden: “İsrail bombaları Qəzzada dinc insanların ölümünə səbəb olub”
ABŞ prezidenti Co Bayden ilk dəfə açıq şəkildə etiraf edib ki, Amerikanın İsrailə verdiyi silahlar Qəzza zolağında dinc əhalinin ölümünə səbəb olub.
Bayden bunu “CNN“-ə verdiyi müsahibədə deyib.
“Bu bombalar nəticəsində Qəzzada dinc sakinlər həlak olub”, – Bayden qeyd edib.