Amerika İsrail rejimin beynəlxalq qanunları pozduğunu etiraf etdi
ABŞ Dövlət Departamenti yaydığı hesabatda İsrailin Qəzza zolağında Amerika silahlarından istifadə etməklə beynəlxalq humanitar qanunları pozmuş ola biləcəyini açıqlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Dövlət Departamentinin bu gün (11 may) verdiyi hesabata görə bununla bağlı konkret fakt əldə olunmasa da, İsrailin beynəlxalq hüququ pozduğuna dair “məntiqli” dəlillər aşkarlandığı bildirilir.
Bu hesabatda deyilir: İsrailin ABŞ istehsalı olan müdafiə avadanlığına əhəmiyyətli dərəcədə güvəndiyini nəzərə alsaq, oktyabrın 7-dən etibarən İsrail təhlükəsizlik qüvvələrinin beynəlxalq humanitar hüquqda öz öhdəliklərinə uyğun gəlməyən hallara rast gəldik. İsrail “hərbi əməliyyatlarda mülki əhalinin zərərini azaltmaq üçün ən yaxşı təcrübələri” həyata keçirmək üçün biliyə, təcrübəyə və alətlərə malikdir. Amma yüksək səviyyətə mülki insan tələfatı daxil olmaqla, hadisə məkanından əldə edilən sübutlar bu qənaətə gəlmək üçün imkan verir.
Xatırladaq ki, ötən bazar ertəsi günü ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel İordan çayının qərb sahilində İsrailin 5 hərbi birləşməsinin beynəlxalq humanitar hüquqları pozduğu qənaətinə gəldiyini demişdi.