Sionistsayağı həyasızlıq!

Sionistsayağı həyasızlıq!

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin BMT Baş Assambleyasındakı nümayəndəsinin nalayiq rəftarlarına reaksiya verərək deyib: Həyasızlıq  BMT Nizamnaməsinin qüvvədə olduğu müddətcə sionist rejim cinayətləri, qəddarlığı və vəhşiliyini izləyərək təşkilat üzvləri susmasıdır.

Fars İnformasiya Agentliyinin məlumatına görə İran XİN sözçüsü  Nasir Kənani dünən gecə (10 may) X sosial media hesabnda yazıb: “Sionistsayağı həyasızlıq” adı altında belə bir mesaj yayaraq deyib: 34 mindən çox fələstinli qadın, uşaq və günahsız insanın ölümü, 7 aydır davam edən müharibə cinayətlərinin davam etdiyi, qanun və qaydaların və beynəlxalq humanitar hüquqların kobud şəkildə pozuduğu bir halda beynəlxalq ictimaiyyətdən alqış gözləmək sionistsayağı həyasızlıqdır.

Qeyd edək ki, dünən (10 may) İsrail nümayəndəsi Gilad Erdan BMT-də Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünə dair qətnamənin səsverməsindən  sonra əlində tutduğu Nizamnaməsi vərəqini cırıb atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =