Netanyahunun bəyanatına Həmasdan reaksiya
HƏMAS-ın liderlərindən olan İzzət Əl Rəşq sionist rejim baş naziri Benyamin Netanyahunun bu günki “Həması təslim etməklə, silahları yerə qoymaqla və girovları təhvil verməklə müharibə dayandırıla bilər” bəyanatını gülünc adlandırıb.
Təsnim İnformasiya Agentliyinin xəbərinə görə, Əl Rəşq bu gün (15 may) deyib: Cinayətkar Netanyahunun bugünkü bəyanatı ağır nəticələr verə biləcək çox gülünc bir bəyanatdır.
Qəzza zolağında Fələstin xalqına qarşı təcavüz və soyqırımından 220 gün keçməsinə baxmayaraq, heç bir təcavüzkar məqsədinə nail ola bilmədiyini vuğrulayan Əl Rəşq əlavə edib: Netanyahu “hərəkat liderlərinin Qəzza zolağından təxliyəsini və deportasiyası” haqqında danışaraq ağılasığmaz fantastik fikirlər irəli yürüdür.