Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb
BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilata məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb.
Bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib.
Qeyd edək ki, Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı BMT-yə məxsus avtomobilə hücum nəticəsində qurumun bir əməkdaşı həlak olub, digər işçi isə yaralanıb.