Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı (Aİ) İrana qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirmək haqqında qərar qəbul edib.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.
Məlumata görə, İran Rusiyanı Ukraynadakı müharibədə və Qırmızı dəniz bölgəsində Yəməndən olan husi qiyamçılarını dəstəklədiyi üçün sanksiyaya məruz qalıb.
Bildirilib ki, sanksiya siyahısına dron və onların komponentlərinin ixracı da daxil edilib. Bundan başqa İranın bir sıra hüququ və fiziki şəxslərinə də məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.