Sionist mediası: Hizbullahın yeni raketi son dərəcə dağıdıcıdır
Sionist mediaları Hizbullahın istifadə etdiyi yeni raketlərin yüksək həddə dağıdıcı gücə malik olduğundan yazırlar.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Yediot Aharanot qəzeti dünən axşamkı sayında (14 may) dərc etdiyi məqalədə yazıb: Hizbullah Livanın cənubu ilə sərhəddə üçüncü növ ağır raketlərini müharibə təchizatına daxil edib və bu raketlər maksimum dağıdıcı potensiala malikdirlər.
Yediot Aharanotun yazdığına görə Hizbullah son vaxtlar Barkan və Fələq 1 raketlərindən istifadə edir və hətta bu raketlər Cəbəl-Rus bölgəsində də istifadə olunur.
Hizbullahın yeni raketləri ilə münaqişəyə gətirdiyi geniş və dəqiq dağıdıcı gücə malik olduğunu bir daha vurğulayan qəzet materialın davamında yazır: Livanın bu raketləri nə üçün müharibənin başlamasından 7 ay sonra üzə çıxarması müəmmalı məsələdir. Əlbəttə bu raketin Hizbullah qüvvələrinin baş qərargah rəisi şəhid İmad Muğniyənin oğlu Cihad Muğniyənin adını alması da maraqlı faktdır.
Adı çəkilən Livan istehsalı olan bu raketlər idarə olunmayan taktiki raketlər olsa da çox yüksək dağıdıcı gücə malikdir.