Fələstin tərəfdarının səsi sionist vəkili boğdu

Fələstin tərəfdarının səsi sionist vəkili boğdu

  Cənubi Afrikanın Qəzzada soyqırım ittihamı ilə sionist rejimə qarşı şikayəti üzrə Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin iclasında nadir etiraz aksiyası iclasın müvəqqəti dayandırılmasına səbəb olub.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (17 may) məhkəmə iclasının canlı yayımında bir qadının sionist rejimin müdafiəçisinin sözləri əsnasında “yalançılar” qışqırması görüşün bir neçə dəqiqə dayanmasına səbəb olub.

Qeyd edək ki, dünən (16 may) Beynəlxalq Haaqa Məhkəməsi Cənubi Afrikanın İsrail rejiminin Qəzzanın Rəfah şəhərinə hücumlarını dayandırmasını tələb edən əmr tələbinə baxmağa başlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin elanına görə, Qəzza zolağında Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsaslanan iclas 2 gün davam edəcək və Cənubi Afrika bu məhkəmədən əlavə müvəqqəti tədbirlərə də baxmağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =