Netanyahuya qarşı sionist nümayişlər davam edir

Netanyahuya qarşı sionist nümayişlər davam edir

Girovların qaytarılması zəminində İsrail baş nazirinin tədbirsizliyindən qəzəblənən sionistlərin etiraz aksiyası davam edir.

Əl Aləm telekanalının məlumatına əsasən, qəzəbli sionist girov ailələri dünən (19 may) işğal olunmuş Qüdsdə nümayiş keçiriblər.

Aksiyaçılar işğal olunmuş Qüds şəhərinin əsas girişini bağlayaraq, sionist məhbusların azad edilməsi və sionist rejimin baş naziri Benyamin Netanyahunun istefasını tələb ediblər.

Şənbə günü gecə (18 may) Təl-Əviv də etirazlara səhnə olub və nümayişçilər Netanyahunun kabinetinə qarşı şüarlar səsləndirərək, erkən seçki və məhbus mübadiləsini tələb ediblər.

Digər tərəfdən, sionistlər Netanyahunun girovların azad edilməsi üçün razılığa gələ bilməməsinə işarə edərək Rəfahdakı hərbi əməliyyatların əhatə dairəsini genişləndirmək Netanyahunun Nazirlər Kabinetinin canlı məhbusları azad etmək səylərindən əl çəkmək kimi dəyərləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − six =