Makron Qəzzadakı münaqişənin həlli ilə bağlı planı dəstəkləyib

Makron Qəzzadakı münaqişənin həlli ilə bağlı planı dəstəkləyib

Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Cozef Baydenin Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və münaqişənin həlli ilə bağlı elan etdiyi planı dəstəkləyib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Qəzzada müharibə bitməlidir. Biz ABŞ-nin hərtərəfli razılaşma təklifini dəstəkləyirik”, – paylaşımda qeyd edilib.

Fransa dövlət başçısı, həmçinin iki dövlətin dinc yanaşı yaşaması əsasında İsrail-Fələstin münaqişəsinin həllində sülh və tərəqqi əldə etmək üçün girovların azad edilməsini, daimi atəşkəs gözlədiyini bildirib.

Qeyd edək ki, razılaşma 6 həftə müddətinə atəşkəs və Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =