Hizbullah “Barkan” raketləri ilə sionist rejimin başına fəalkət oldu

Hizbullah “Barkan” raketləri ilə sionist rejimin başına fəalkət oldu

 Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livan-Fələstin cəbhəsindəki vəziyyətin pisləşdiyi bir vaxtda Hizbullahın müqavimət əməliyyatının sionist bazasının bir neçə metrliyinə edilən hücuma işarə edərək deyib: Müqavimət istəsəydi, oranı da hədəfə alardı.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan İslami müqaviməti Fələstin xalqına dəstək və işğalçıların Livanın müxtəlif bölgələrinə hücumlarına cavab olaraq çoxsaylı əməliyyatlarda işğalçı qüvvələri hədəf alıb.

Məlumata görə, dünən gecə (1 iyun) başda Marun ər-Rəs şəhəri olmaqla sionist rejimin Livanın cənub kəndləri və yaşayış evlərinə hücumuna cavab olaraq, İsrailin Paranit kazarmalarını  ağır “Barkan” raketləri ilə hədəfə məruz qalıb.

Livan İslami Müqaviməti İsrail rejiminin Ən-Naqura məntəqəsinin mülki əhalisini hədəf alan və təcili yardım sərnişinlərinin həlak olması və yaralanması ilə nəticələnən hücumlarına cavab olaraq işğal olunmuş ərazilərin müxtəlif bölgələrinə, o cümlədən Catun, Ayn Yaqub və Yəhyam ərazilərinə hücum edib.

Livan Hizbullahının dünən gecəki hücumları nəticəsində Morbaz Al-Zaurə bölgəsindəki Dəmir Qübbənin müdafiə platformaları da müqavimətin atəşindən xilas edilməyib və hədəfləri dəqiq vuraraq onların alovlanmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =