Dünyada milyonçuların sayı artır

Dünyada milyonçuların sayı artır

Beynəlxalq konsaltinq şirkəti “Capgemini” 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı Dünya Sərvət Hesabatını açıqlayıb.

Şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5,1% artaraq 22,8 milyon nəfərə çatıb. Onların ümumi sərvəti də 4,7% artaraq 86,8 trilyon dollar təşkil edib.

Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.

Qeyd olunub ki, əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3,6%, milyonçuların sayı isə 3,3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, həm də rekord həddə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − 2 =