Rusiya Qəzzada baş verənləri tarixi faciə hesab edir

Rusiya Qəzzada baş verənləri tarixi faciə hesab edir

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzada fələstinli uşaqlar, qadınlar və mülki şəxslərlə qarşı baş verən cinayətlərin tarixi bir faciə olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sankt-Peterburqda keçirilən 27-ci Beynəlxalq İqtisadi Konfrans çərçivəsində Əl-Aləm Xəbər Şəbəkəsinin müxbirinə verdiyi eksklüziv müsahibəsində Amerika siyasətinin öz maraqları çərçivəsində əsas məqsədinin hər şeyi məhv etmək olduğunu deyib.

Zaxarova əlavə edib: Vaşinqton təkcə özünün düşməni hesab etdiyi şəxslərə deyil, həm də müttəfiqlərinə zərər verir. Məsələn, Vaşinqton Ukraynanın Amerikanın ən yaxşı dostu olduğunu iddia etdiyi bir halda, ötən illərdə Ukraynanın başına nələr gətirmişdi? Amerikalılar Ukraynanı dağıdıb faktiki olaraq ona qarşı çevriliş etdilər və bu ölkənin əhalisini bir-birinə nifrət etdilər.

Qəzzanın qadın, uşaq və mülki əhalisinə qarşı edilənlər, həqiqətən, görünməmiş bir kabus və tarixi faciədir. Faktiki olaraq Amerikanın sionist rejimə qarşı siyasəti bu rejim daxilindəki insanların parçalanmasına və bir-birinə nifrət etməsinə səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =