Qəzzada qarşıdurmalar davam edir – “Əl-Vusta” bölgəsində 5 gündə 200 nəfər şəhid oldu

Qəzzada qarşıdurmalar davam edir – “Əl-Vusta” bölgəsində 5 gündə 200 nəfər şəhid oldu

Xəbər mənbələri Qəzzanın müxtəlif bölgələrində toqquşmaların davam etdiyini və çox sayda fələstinlinin şəhid olduğunu bildirib.

Sionist rejim bu gün Nusəyrat düşərgəsində mülki avtomobili hədəfə alıb və 2 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.

Rəfahın cənubunda isə işğalçı qüvvələrin artilleriya hücumları və atəşi nəticəsində bir nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

İşğalçı rejim qırıcıları Əl-Bric düşərgəsindəki yaşayış evini də hədəfə alıblar.

Həmçinin, Əl-Məğazi düşərgəsindəki daha bir ev İsrailin hava hücumlarına məruz qalıb və 5 nəfər şəhid olub.

Qəzzanın cənubunda yerləşən Həyy Əl-Bəsrə məhəlləsində və Əs-Səlam məscidi yaxınlığında bir evin bombalanması nəticəsində 2 nəfər şəhid olub, 6 nəfər isə yaralanıb.

Həmçinin xəbər mənbələri sionist rejim qırıcılarının Xan Yunis şəhərinin şərqindəki Xuzaə bölgəsində bir neçə mülki vətəndaşı hədəfə aldığını və nəticədə 5 nəfərin yaralandığını bildirib.

Mətbuat bu gün səhər saatlarından Qəzzada ümumilikdə 15 nəfərin şəhid olduğunu bildirib.

Bu mənbələr son 5 gündə sionist rejimin Əl-Vusta bölgəsinə hücumları nəticəsində 200-dən çox insanın şəhid olduğunu bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 4 =