“Yəhudi siyasətçi özünü fələstinli kimi aparır” – Tramp
“ABŞ-nin Demokratlar Partiyası üzvlərinin İsraili dəstəkləmir. Bu çox təhlükəlidir”.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donal Tramp “Fox News” telekanalında aparıcı Şon Hennitinin verilişində müsahibə zamanı dilə gətirib.
“Artıq hətta Çak Şumer (ABŞ Senatının üzvü, Demokratlar Partiyasının nümayəndəsi – red.) də özünü fələstinli kimi aparır. Başa düşürsünüz: Çak Şumer – yəhudi! Həmişə İsraili dəstəkləyərdi, indi isə əksinə”, – Tramp vurğulayıb.
Çak Şumer, həqiqətən də, mart ayında İsrailin Baş naziri Benyamin Netanyahunu və İsrailin Qəzzaya qarşı müharibədə rəftarını tənqid atəşinə tutaraq, onun lider kimi əvəzlənməsinə çağırmışdı.