Müqavimət: Amerika atəşkəslə bağlı ictimaiyyəti aldadır

Müqavimət: Amerika atəşkəslə bağlı ictimaiyyəti aldadır

 Fələstin müqaviməti ABŞ dövlət katibinin Qəzzada atəşkəslə bağlı HƏMAS-a qarşı cəfəng iddialarını pisləyərək, işğal rejimi və onun cinayətlərinə dəstəyini davam etdirdiyini və Qəzza müharibəsinin dayandırılmasının qarşısını aldığını elan edib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Fələstin Müqaviməti ABŞ dövlət katibi Antoni Blinkenin HƏMAS-ın Qəzzada atəşkəs prosesinə mane olması ilə bağlı iddialarına cavab olaraq bildirib: Qəzzə zolağına qarşı soyqırım müharibəsinin dayandırılması üçün razılığın əldə olunmasında əsl maneə ABŞ hökuməti və dövlət katibidir.

Fələstin müqavimət komitələrinin media bürosunun bəyanatında deyilir: Müqavimət heç bir təzyiqə boyun əyməyəcək! istənilən razılaşma işğalçıların Qəzzaya qarşı təcavüz və cinayətlərinin tamamilə dayandırılmasına səbəb olmalıdır.

Fələstin müqavimətinə bağlı bu qurum deyib: Blinkenin son absurd iddiaları ABŞ hökumətinin hələ də dünyanın ictimai rəyini aldatmağa çalışdığını göstərir. Amerika hökuməti işğalçı rejimin Fələstin xalqına qarşı təcavüzünü dəstəkləməkdə davam edir və bu rejimin Qəzza zolağının mərkəzindəki Nusirat düşərgəsində həyata keçirdiyi vəhşi qırğından sonra sionistləri ruhlandırır.

Qeyd edək ki, Antoni Blinken dünənki (10 iyun) çıxışında İsrailin indi üç mərhələli atəşkəs və əsirlərin mübadiləsi ilə razılaşdığını, bu razılaşmanın yekunlaşmasına manenin məhz HƏMAS olduğunu və bu hərəkata təzyiq edilməli olduğunu iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 5 =