Amerika casusunun Vaşinqtonun Yəməndəki kəşfiyyat etirafları
Yəməndə Amerika-İsrail casusluq şəbəkəsində işləyən və bu yaxınlarda ölkənin təhlükəsizlik xidməti tərəfindən həbs edilən amerikalı casuslardan biri uzun illərdir amerikalılarla əməkdaşlıq etdiyini etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Yəməndə israil-amerikan casus şəbəkəsinin məhv edilməsindən sonra bu şəbəkənin üzvləri Amerikanın casus xidmətləri və sionist rejimlə əməkdaşlıq etdiklərini etiraf ediblər.
Etirafçı casuslardan biri Amir Əl-Əğbri deyib: Mən amerikalılarla əməkdaşlığa 1987-ci ildə Amerika agentliyinə bağlı bağbanlıq layihəsi ilə başladım. Bu layihə üzərində işlədikdən sonra məni ABŞ Kəşfiyyat İdarəsində işləmək üçün USAID-ə işə götürdülər. 1993-cü ildə mən Amerika agentliyindən bir sıra düşərgələrdə, eləcə də Əl-İnəd bazasında şimal və cənubda (Yəmən) silahlar haqqında məlumat toplamaq üçün bir missiya aldım. Ondan sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı meşələrin yaşıllaşdırılma layihəsində çalışdım.
Xatırladaq ki, Yəmən Ənsarullah Hərəkatının rəsmisi dünən (10 iyun) ölkə təhlükəsizlik xidmətlərinin səyləri ilə sionist-amerikan casusluq şəbək əsinin məhvindən xəbər verərək bunu böyük bir nailiyyət adlandırıb.