Sionist nazir fələstinli şəhidlərin cənazələrini küçələrdə gəzdirmək istəyir
Netanyahu kabinetinin maliyyə naziri bir daha anti-insani mahiyyətini nümayiş etdirərək, fələstinli şəhidlərin təhqir olunmasına, fələstinli şəhidlərin cənazələrinin küçələrdə gəzdirilməsinə çağırıb.
İRNA-nın verdiyi xəbərə görə, Bezazel Smotriç 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinli şəhidlərin cənazələrinin çatdırılması ilə bağlı keçirilən kabinet iclasında deyib: Bu cəsədlər avtomobillərin arxasına bağlanaraq küçələrdə gəzdirilməli, təhqir edilməlidir.
Smotriç Tövratdan ayəyə istinad edərək deyib: Daşınsınlar, küçələrdə öldürək ki, başqalarına örnək olsun.
Bu zəmində sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinli şəhid Vəli Dəqqənin ailəsinin tələbinə reaksiya verərək deyib: Ərəb terrorçularının (şəhidlərinin) cənazələrinin təhvil verilməsi qanuna ziddir.
Ben Qvir həmçinin deyib: Mən bu cəsədlərin ailələrinə verilməsi verilməsi üçün tələsmənin səbəbini başa düşmürəm, bu cəsədlər ailələrinə təhvil verilməməlidir.
Vəlid Dəqqə 1948-ci ildə işğal olunmuş ərazilərdəki Baqe şəhərindən olan 62 yaşlı fələstinli məhbus idi və sionist rejim həbsxanasında xərçəng şişinin müalicə olunmaması nəticəsində şəhid olub.