Bayden yenə ilişib qaldı, Obama onun qolundan dartıb…

Bayden yenə ilişib qaldı, Obama onun qolundan dartıb…

ABŞ prezidenti Co Bayden yenə rəqiblərinə material “verib”.

Zaman – zaman harada olduğunu, nə etdiyini unudan, bəzən xəyali adamlara salam verən, bəzən divara baxıb, dayanan Bayden bu dəfə də ilişib, qalıb.

Bu dəfə hadisə Los-Ancelesdə, seçkiqabağı konsertdə baş verib. Belə ki, Amerika prezidenti getməli olduğu halda səhnədə dayanmağa davam edib.

Videodan da göründüyü kimi, onu keçmiş prezident Barak Hüseyn Obama vəziyyətdən çıxarıb. Obama naçar qalan prezidentin qolundan tutaraq, onu səhnədən düşürüb.

Əslində əlil vəziyyətdə olan və baxıcıya möhtac yaşlı birisini siyasətdən getməyə qoymamaq ən böyük günahdır.
Nəhəng Amerika dövləti yaşlı və anlaqsız bir qocanın ümidinəmi qalıb? Yoxsa onun bu durumundan istifadə edərək, müəyyən güclər öz istədiklərini həyata keçirirlər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 2 =