Səudiyyə Ərəbistanının vəliəhdi Qəzzada dərhal atəşkəsə çağırıb
Səudiyyə Ərəbistanının vəliəhdi sionist rejimin Qəzzəyə təcavüzünün dərhal dayandırılması və bu zolaqda atəşkəsin yaradılmasının vacibliyini vurğulayıb.
Əl ALəm telekanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu gün (17 iyun) sionist rejimin Qəzzə zolağına qarşı təcavüzkarlığın dərhal dayandırılmasının vacibliyini vurğulayaraq mülki insanların həyatını xilas etmək üçün tədbirlər görülməsini tələb edib.
Məhəmməd bin Salman deyib: Biz Qəzzada dərhal atəşkəs təklifi ilə bağlı Təhlükəsizlik Şurasının verdiyi qətnamələrin icrasının vacibliyini vurğulayırıq.
Bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı bir daha beynəlxalq ictimaiyyətdən 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanımasını istəyir.