ABŞ və İngiltərə yenidən Yəmən torpağına hücum etdi
İnformasiya mənbələri ABŞ və İngiltərənin Yəmən torpaqlarına yeni hücumundan xəbər verirlər.
Təsnim Xəbər Agentliyinin xəbərinə görə, Amerika və İngiltərə sionist rejimə dəstək olaraq növbəti dəfə Yəmən ərazisinə hücum edib.
Yəmən mediası Amerika və Britaniya qırıcılarının Yəmənin Kəməran adasını bombaladığını bildirib.
Yəmən mediasının məlumatına görə, ingilis və amerikalı təcavüzkarlar bu adayı dörd dəfə hədəfə alıblar.
Kəməran adası Qırmızı dənizdə yerləşir.
Xatırladaq ki, ABŞ və müttəfiqləri yanvar ayından Yəməndəki husi hədəflərini bombalayır, lakin hərbi kampaniya Husilərin hücumlarının qarşısını ala bilmir.
Belə ki, qrup Qəzzada 37 mindən çox insanın ölümünə səbəb olan müharibə davam etdiyi müddətcə İsraillə əlaqəli gəmiləri hədəf almağa davam edəcəyinə söz verib.