Lapid: Netanyahunun kabinetini devirə bilərik

Lapid: Netanyahunun kabinetini devirə bilərik

Keçmiş baş nazir və sionist rejim kabinetinin müxalifət lideri baş naziri zəif və çılğın adlandıraraq bu kabineti devirmək potensialının olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, Yair Lapid bu gün (18 iyun) tənqidli çıxışında deyib: Netanyahunun kabineti çılğın və bacarıqsızdır. Onların başı daxili münaqişələrə qarışdığı üçün Cənub və şimal bölgəsindəki Livan Hizbullahı ilə döyüşlərə əhəmiyyət vermir.

Lapid əlavə edib: Netanyahunun kabineti devrilməlidir və inanıram ki, bunu etmək mümkündür. Benni Qantz İsrailin döyüş kabinetindən istefa verdiyi andan bizim Netanyahunun kabinetini devirmək üçün vasitəmiz var və onu devirmək üçün birlikdə çalışacağıq.

Lapid həmçinin qeyd edib ki, sionist rejimin Knesset (parlament) sədrinin müavini HƏMAS hərəkatı ilə əsir mübadiləsi sazişinin bağlanmasını tələb edən sionist nümayişçiləri bu hərəkatın tərəfdarı olmaqda ittihamlarla onun bu hərəkatdan uzaqlaşdırılmasını tələb edib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının Knesset üzvü Nissim Faturi bazar ertəsi gecəsi sionist nümayişçiləri “Həmas hərəkatının silahları” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 10 =