Kolumbiya prezidenti Netanyahunu “beynəlxalq cinayətkar” adlandırıb
![Kolumbiya prezidenti Netanyahunu “beynəlxalq cinayətkar” adlandırıb](https://sizinyol.org/wp-content/uploads/2024/06/171222868.jpg)
Kolumbiya prezidenti sionist rejimin baş naziri Benyamin Netanyahunu Qəzzada soyqırımın həyata keçirilməsində məsuliyyət daşıdığına görə onu “beynəlxalq cinayətkar” adlandırıb.
Kolumbiya prezidenti Qustavo Petro özünün X sosial şəbəkə istifadəçi səhifəsində işğal olunmuş Qüdsdə sionist yerləşimcilərin kütləvi aksiyalarının şəklini dərc edərək yazıb: İsrail xalqı cavab verməyə başlayıb. 150 min israilli “beynəlxalq cinayətkar” Netanyahunu vəzifədən uzaqlaşdırmaq üçün etiraz aksiyası keçirir.