Baydenin köməkçisi və NATO baş katibi Qərbin hərbi-sənaye kompleksini müzakirə ediblər
![Baydenin köməkçisi və NATO baş katibi Qərbin hərbi-sənaye kompleksini müzakirə ediblər](https://sizinyol.org/wp-content/uploads/2024/06/88db75de-24d0-3ea5-88c9-f51299eff68b_850.jpg)
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və NATO-nun baş katibi Yens Stoltenberq görüşdə Qərbin hərbi-sənaye kompleksinin canlandırılması üzrə tədbirləri müzakirə ediblər.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Sallivan və Stoltenberq NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə hazırlıq, o cümlədən müttəfiqlərin dayanıqlığının gücləndirilməsi və transatlantik müdafiə sənayesinin daha da canlandırılması barədə danışıblar. Onlar həmçinin Ukraynanın sarsılmaz dəstəyini vurğulayıblar.
Görüşün dəqiq harada keçirildiyi açıqlanmır. Stoltenberq bundan əvvəl ABŞ-yə gəlmişdi.
Qeyd edək ki, Stoltenberqin sədrliyi ilə iyulun 9-11-də ABŞ paytaxtında NATO-nun sammiti keçiriləcək.