İran: İsrail rejimi Livana qarşı istənilən addımda ən böyük uduzan tərəf olacaq
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi sionist İsrail rejiminin bölgədəki hər hansı bir ağılsız qərarına qarşı xəbərdarlıq edərək Livana qarşı hər hansı bir bu rejimin hərəkətin son məğlubiyyəti olacağını deyib.
İRNA-nın məlumatına görə, İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani bu gün (21 iyun) deyib: İşğalçı İsrail rejiminin özünü xilas etmək üçün istənilən ağılsız qərarı regionu yeni müharibəyə sürükləyə bilər.
İranın BMT-dəki nümayəndəsi əlavə edib: Bu müharibənin mütləq məğlubu mütləq olacaq və o da sionist rejimdir.
Əmir Səid İrəvani vurğulayıb: Hizbullah müqaviməti özünü və ölkəsi Livanı müdafiə etmək patensialına malikdir və bəlkə də bu qanunsuz rejimi öz əlləri ilə məhv etməyin vaxtı çatıb.
Xatıraldaq ki, “Əl Əqsa tufanı” əməliyyatının başlaması ilə Livan Hizbullahı sionist hərbçilərin böyük bir hissəsini Fələstinin şimalına cəlb etmək və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün hədəflərə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.