Qəzza müharibəsinə etiraz olaraq yüksək səviyyəli Amerika rəsmisi istefa verdi

Qəzza müharibəsinə etiraz olaraq yüksək səviyyəli Amerika rəsmisi istefa verdi

ABŞ-ın informasiya qaynaqları bu ölkənin qərəzli siyasətlərinə və Qəzzə xalqına qarşı müharibədə sionist rejimi dəstəkləməsinə etiraz əlaməti olaraq bir yüksək vəzifəli məmurunun istefasından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin bugünkü (21 iyun) məlumatına görə, ABŞ dövlət katibinin sionist və Fələstin məsələləri üzrə müavini Andro Miller Bayden administrasiyasının sionist müharibəsi ilə bağlı siyasətlərinə etiraz olaraq istefa verib.

Məlumata görə Andro Miller Amerika hökumətinin Qəzza müharibəsində sionist rejimə dəstəkdə qərəzli mövqeyinə görə çoxdandır ki, istefa etmək barədə düşünürmüş.

Bu mənbələr Millerin bu müharibə ilə bağlı Bayden administrasiyasının mövqeyində nəzərəçarpacaq dərəcədə bir dəyişiklik olacağına ümid etdiyini və eyni zamanda Bayden administrasiyası daxilindəki siyasətləri tənzimləməyə çalışdığını da qeyd edirlər.

İsrailin Rəfaha hücumu və Bayden administrasiyasının Netanyahunu cilovlaya bilməməsi və onun birtərəfliliyinə son qoyması Millerin istefa qərarına səbəb olub, mənbələr bildiriblər.

Bu mənbələr Millerin Amerika diplomatiyasında ölkənin Qəzzaya qarşı müharibə ilə bağlı siyasəti ilə bağlı vəzifəsindən istefa verən ən yüksək vəzifəli şəxs olduğunu vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 3 =