Netanyahu HƏMAS ilə gərgin döyüşlər mərhələsinin sona yaxınlaşdığını açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la intensiv döyüşlərin sona yaxınlaşdığını açıqlayıb.
Netanyahu müharibənin intensivliyinin sona yaxınlaşmasına baxmayaraq ölkəsinin müharibəni dayandırmayacağını, əksinə HƏMAS-ı məhv etməyə çalışacağını bildirib.
Baş nazir İsrail televiziyasının 14-cü kanalına müsahibəsi zamanı bunları deyib: “Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik və təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”