Tramp artıq özünün vitse-prezidentini seçib
![Tramp artıq özünün vitse-prezidentini seçib](https://sizinyol.org/wp-content/uploads/2024/06/NStNP9AvQLdV5Xp0rqDEG9qIVt8qxRGZc9XBbRMZ_640.webp)
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.
Bu barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.
Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.
“Bəli, o, orada olacaq (debatda – red.). Düşünürəm ki, ora çoxlu insan gələcək”, – Tramp bildirib.
Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib.