İsrail rejimi Qəzzaya ağır zərbələr endirməyə davam edir

İsrail rejimi Qəzzaya ağır zərbələr endirməyə davam edir

İsrailin Qəzza zolağındakı bir evə hücumu nəticəsində 3 fələstinli həyatını itirib.

 Qəzzakı Mülki Müdafiə İdarəsinin rəsmi teleqram kanalında verilən açıqlamada İsrailin Qəzza şəhərinin Şeyx Rıdvan bölgəsində bombaladığı evin dağıntıları altından 3 fələstinlinin cəsədinin çıxarıldığı bildirilib.
Açıqlamada evin Racih ailəsinə aid olduğu qeyd olunub.
Qəzzadakı Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən etibarən təşkil etdiyi hücumlar nəticəsində  15 694-ü uşaq və 10 279-u da qadın olmaqla 37 877 fələstinli həyatını itirib, 86 969 fələstinli də yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =