BMT: Qəzzanın hər 10 sakinindən 9-u ən azı bir dəfə köçkünlüklə üzləşib
Birləşmiş Millətlər Təşkilatı cümə axşamı səhər saatlarında yayımladığı şokedici hesabatında Qəzzada yaşayan hər 10 nəfərdən 9-unun ən azı bir dəfə İsraillə 9 aydan artıqdır müharibədə iştirak edən zolağın içərisində evlərindən didərgin düşdüyünü açıqlayıb.
İRNA-nın Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri işğal olunmuş ərazilərdə humanitar məsələlər üzrə koordinasiya ofisinin direktoru Andrea Di Domeniko işğal olunmuş Qüdsdən Nyu-Yorkdakı jurnalistlərə videokonfransla deyib.
Birləşmiş Millətlər Təşkilatının bu rəsmisi deyib: Ötən ilin oktyabr ayından Qəzzada 37 mindən çox insanın ölümünə və 110 min insanın yaralanmasına baxmayaraq, bu zolağın əhalisinin 2,1 milyon nəfər olduğu təxmin edilir.