HƏMAS Qəzzaya xarici qüvvələrin yeridilməsinin əleyhinədir
Fələstinin “HƏMAS” hərəkatı münaqişənin həlli ilə bağlı Qəzza zolağına xarici qüvvələrin daxil edilməsini nəzərdə tutan təklifləri dəstəkləmir.Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri məlumat verib.
Hərəkat Qəzzanın idarə olunması məsələsinin yalnız fələstinlilərə aid olduğunu vurğulayıb. “Fələstin xalqı hamiliyi və ya münaqişənin həlli yollarının kənardan tətbiq edilməsini qəbul etməyəcək”, – deyə bildirilib.
Fələstinin hərbiləşdirilmiş “Xalq Müqavimət Komitələri” koalisiyası öz növbəsində Qəzzada xarici qüvvələrin yerləşdirilməsi cəhdini təcavüz kimi qiymətləndirdiyini və onlara işğalçı qüvvələr kimi yanaşacağını bildirib.