HƏMAS minlərlə yeni döyüşçünün xidmətə başladığını açıqlayıb

HƏMAS minlərlə yeni döyüşçünün xidmətə başladığını açıqlayıb

HƏMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında təlim keçmiş minlərlə yeni döyüşçünün silahlandırılaraq xidmətə başladığını açıqlayıb.

Briqadaların sözçüsü Əbu Übeydə yayımlanan videomüraciətdə “Müharibənin davam etdiyi bu müddət ərzində pusqu qurma, bomba və raket istehsalı kimi müxtəlif təlimlər verərək minlərlə yeni döyüşçünün xidmətə başlamasına nail olduq”, – deyə bildirib.

9 aydır davam edən müqavimətin nə uğursuzluğa düçar olduğunu, nə də yumşaldığını müdafiə edən Əbu Übeydə hələ də Qəzzada kənardan silah və sursat dəstəyi olmadan döyüşdüklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =