Liberman: İran Həmas və Hizbullahın strateji dayağıdır

Liberman: İran Həmas və Hizbullahın strateji dayağıdır

 Sionist rejimin keçmiş müharibə naziri İran İslam Respublikası Livan Hizbullahı və HƏMAS hərəkatının strateji əlaqələrini vurğulayaraq, Təl-Əviv rejiminin hakim kabinetinin Fələstin və Livan müqavimət döyüşçülərini məğlub edə bilməməsini tənqid edib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist Ordu Radiosunun bugünkü (8 iyul) məlumatına görə, Avidqor Liberman Fələstin və Livan müqavimət döyüşçüləri qarşısında sionist rejimin zəifliyinə eyham edərək deyeb: İran məğlub olmalıdır. Benyamin Netanyahusadəcə olaraq vaxtını itirir və nə edəcəyini bilmir.

Liberman İranın Həmas və Hizbullahın strateji dayağı olduğunu qeyd edərək deyib: İsrail xaotik vəziyyətdədir və hətta Təl-Əviv müttəfiqləri tərəfindən beynəlxalq təcridə  düçar olub. Bizim vəziyyətimiz meşədəki qanlı bir insanın vəziyyəti kimidir. Hamı, hətta bizə hücum etmək istəməyənlər də  bizə hücum edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 9 =