BMT İranın yeni prezidenti ilə əməkdaşlıq etməyə can atır
BMT sözçüsü Stiven Düjarrik BMT baş katibi Antonio Quterreşin İranda prezident seçkilərinə münasibəti ilə bağlı suala cavab olaraq deyib: “Biz İranın yeni prezidenti ilə əməkdaşlıq etməyə can atırıq.”Bu arada ABŞ Xarici İşlər Nazirliyi İranda keçirilən prezident seçkilərinin nəticələrinə ilk reaksiyasında müdaxilə xarakterli bəyanatları təkrarlayıb və İranda seçkilərin azad və ədalətli olmadığını iddia edib və seçkilərin nəticələrinin heç bir nəticə verməyəcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü şənbə günü yerli vaxtla İranda keçirilən prezident seçkilərinin nəticələrinə ilk reaksiyasında iddia edib ki, İran prezident seçkiləri “azad və ədalətli” olmayıb və İranda əsaslı dəyişikliyə səbəb olmayacaq.