HƏMAS sionistlərin Xan Yunisdəki cinayətinə reaksiya verdi

HƏMAS sionistlərin Xan Yunisdəki cinayətinə reaksiya verdi

Həmas sionistlərin Qəzzə zolağının cənubundakı Əl-Ovda məktəbində törətdikləri yeni cinayətə cavab olaraq, bu qətliamın işğal rejiminin soyqırımının zirvəsi olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, HƏMAS dünən gecə (9 iyul) bəyanat yayaraq bütün sionist rejimin qətlləri pisləmək, müharibə və soyqırımı dayandırmaq üçün dünyanın bütün şəhərlərində qəzəb yürüşü keçirməyi xahiş edib.

Bəyanatda deyilir: Sionistlərin terrorçu kabineti bu cinayətlərin nəticələrindən asılı olmayaraq soyqırım müharibəsini davam etdirir və bu cinayətlərə etiraz olaraq bütün dünya xalqlarını İsrail rejimi əleyhinə həmrəylik aksiyasına dəvət edirik.

Qeyd edək ki, sionist rejim Qəzzə zolağının cənubunda bir məktəbə hücum edərək 29 nəfərin şəhid olması və onlarla insanın yaralanmasna səbəb olub.

Fələstinin “Sama” xəbər agentliyinin məlumatına görə, tibb mənbələri bu hücumda Xan Yunisin şərqindəki Əl-Ovdə məktəblərinin hədəf alındığını, indiyədək 25 fələstinlinin şəhid olduğunu, onlarla insanın isə yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =