Sionist rejim Livanın cənubuna yenə hücum etdi
Sionist rejim qırıcıları Livanın şərqini və cənubunu bombalayıb.
Əl-Aləm telekanalının məlumatına görə, bu gün səhər (10 iyul) sionist rejim qırıcıları Livanın şərqindəki Canta şəhəri ətrafı hədəfə alıblar.
Livanın “Əl-Mənar” şəbəkəsi də sionist döyüşçülərin Livanın cənubundakı “Bəraşit” qəsəbəsində yaşayış binasını hədəfə aldığını elan edib.
İsrail ordusu bəyanat yayaraq Livanın cənubundakı “Kəfərkala”da Hizbullaha məxsus binanı bombaladığını da elan edib.
Sionist rejimin 13-cü kanalı da Hizbullahın Cövlana hücumundan sonra bu rejim ordusunun Livanın cənubunda bu qruplaşmaya aid bir neçə məntəqəni bombaladığını açıqlayıb.
Bu rejim İsrail təyyarələrinin Hizbullahın hərbi infrastrukturunu hədəf aldığını, oradan raketin Cövlana doğru atıldığını iddia edib.